Nazir qəzada ölən tələbələrlə bağlı paylaşım edib

saytların hazırlanması

Evə çatdırılma

Nazir qəzada ölən tələbələrlə bağlı paylaşım edib

Sosial

30 Noyabr 2020 12:27 1896


Təhsil naziri Emin Əmrullayev qəzada ölən Tibb Universitetinin tələbələri ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.  Pepperoni pizza

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır.  Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!