Nazir sabiq deputatın rəis müavini qardaşını işdən çıxardı - Əmr imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Nazir sabiq deputatın rəis müavini qardaşını işdən çıxardı - Əmr imzalandı

Siyasət

27 Mart 2021 13:45 9919


Sabiq deputat Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Qeyd edək ki, Sona Əliyeva deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gəlib. Anası Bəsirə Əliyeva və qardaşı Ruslan Əliyev həmin vaxt deputat olan S.Əliyevanı səlahiyyətlərindən istifadə edərək atalarından qalma əmlakı ələ keçirmək cəhdində ittiham etmişdi.  Marqarita pizza

Ancaq Sona Əliyeva bu ittihamları rədd etmişdi və qardaşı Ruslan Əliyevin atasının ona vəsiyyət etdiyi əmlakı da ələ keçirmək üçün bu yola baş vurduğunu bildirmişdi. Sona Əliyeva atasından qalan bütün əmlakdan imtina etməklə haqlı olduğunu göstərmişdi. /Azpolitika

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!