Nazirlərin görüşünün vaxtı dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlərin görüşünün vaxtı dəyişdi

Siyasət

31 Mart 2021 12:20 625


Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş sabah keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, rusiyalı nazirin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirəcəyini söyləyib. (APA) Dördpendirli pizza

Qeyd edək ki, ötən həftə Rusiya XİN rəsmisi Mariya Zaxarova Lavrovun azərbaycanlı və erməni həmkarları ilə MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində aprelin 2-də ayrı-ayrılıqda görüşünün keçiriləcəyini açıqlamışdı.

Bu gün isə Zaxarova görüşün vaxtının dəyişdirildiyini, nazirlərin aprelin 1-də görüşəcəklərini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!