Nazirlik 61 nəfəri əvvəlki işinə bərpa edib - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 61 nəfəri əvvəlki işinə bərpa edib - RƏSMİ

Sosial

17 Yanvar 2025 11:17 203


Keçən il işdən qanunsuz azad edilən 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Onlar yenidən əvvəlki işlərinə bərpa olunublar. Dördpendirli pizza

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!