Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu reallaşdırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu reallaşdırdı - Foto

Sosial

11 Dekabr 2020 18:25 954


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, atası Elçinin uşaqlıq arzusunun öz foto xidmətini yaratmaq olduğunu bildirib.

E.Sultanov cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb. Toyuqlu pizza

Nazirliyin əməkdaşları Elçinlə görüşüb, ailəsinin sosial vəziyyəti ilə tanış olublar. İstəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Elçinə lazımı avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edilib. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.

Elçinin valideynləri və qardaşı da işləyir. Nazirlik yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsini də aparacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!