Nazirlik “Son zəng” yoxlamalarına başladı 

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik “Son zəng” yoxlamalarına başladı 

Sosial

10 İyun 2024 12:51 304


İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yenisabah.az-a verilən xəbərə görə, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir. 

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!