Nazpəri Dostəliyeva nəvəsi ilə görüşə bilmir - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri Dostəliyeva nəvəsi ilə görüşə bilmir - Video

Şou

10 Aprel 2023 15:41 1080


Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi haqqında açıqlama edib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, müğənni bu barədə "Günaydın, Azərbaycan" verilişində danışıb.

O, dünyasını dəyişən oğlu Əlinin övladı Tamerlanla görüşmədiyini deyib: pizza hut

“Telefonla danışırıq, görüşə bilmirəm. Rusiyaya gedəndə, əlbəttə, görüşəcəyəm. Yayda burada idi. Hər dəfə məni görəndə, ata haradadır deyəndə, özümdən gedirəm. Hər şeyi örtülü saxlayanda, hərə bir fikir deyir. Uşağın o sözü mənə hər şeydən ağırdır. Tamerlan mənə ana deyir. Deyəndə ki, ana, ata haradadır? Onda uşaqdan qaçdım, bir müddət uzaqlaşdım”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!