Nəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində fəhlə işlədib

saytların hazırlanması

Evə çatdırılma

Nəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində fəhlə işlədib

Kriminal

23 Yanvar 2023 14:18 892


Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başlayır. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, ittihama görə, Zahid Niftəliyev N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə onlardan müxtəlif məbləğlərdə rüşvət alıb.

Zahid Niftəliyev görəcəyi işlərdə onlara Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.  Sezar pizza

Qeyd olunub ki, onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri 1-ci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkov Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim ediyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir. 

Zahid Niftəliyev bir neçə hərbçidən ümumilikdə 40 min manat rüşvət almaqda ittiham olunur. 

Bundan başqa, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş nəfər hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə işlədib. 

Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və mozaika daşları ilə döşənməsini həyata keçiriblər. 

Qeyd olunan əməllərə görə, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib. 

Zahid Niftəliyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.Cinayət işi araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunur. O, “Şlyapa Zahid” kimi tanınır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!