Neft və Sənaye Universitetinin tələbəsinə 20 sutka həbs cəzası

saytların hazırlanması

Evə çatdırılma

Neft və Sənaye Universitetinin tələbəsinə 20 sutka həbs cəzası

Kriminal

08 Fevral 2024 10:38 737


Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

İttihama əsasən, o, metronun "Əhmədli" stansiyasının yaxınlığında - Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib. Toyuqlu pizza

Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!