Sosial şəbəkədə 2 nəfər şəxsin tülküyə qarşı zorakılıq etməsi videosu yayılıb.
Yenisabah.az xəbər verir ki, görüntülər Neftçala rayonunda qeydə alınıb. Belə ki, 2 nəfər şəxs yerdə köməksiz vəziyyətdə yerdə uzanan tülkünü bellə vuraraq öldürməyə çalışır və bu heyvanın acı çəkməyinə baxıb gülürlər.
Hadisəni törədən Cəsarət Bayramov adlı şəxs tülküyə işgəncə verməsini onun qarpızlarını yeməsi ilə əlaqələndirib. pizza
Daxili İşlər Nazirliyinin “instagram” sosial şəbəkəsində video görüntülərin nəzarətə alındığını və araşdırılmanın başladıldığı haqqında məlumat yerləşdirilib.
Nurlan Cəfəri
Telegram kanalımız