Neftçalada 2 oğru tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada 2 oğru tutuldu

Kriminal

27 Aprel 2023 10:56 776


Neftçalada evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluq Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar. Dördpendirli pizza

Dindirilmə zamanı D.Babayev və  C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!