Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

saytların hazırlanması

Evə çatdırılma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Sosial

03 Oktyabr 2020 16:36 1161


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

Yenisabah.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı (nazir, müavinlər və kollektiv), eləcə də nazirliyin strukturuna daxil olan və daxil olmayan, tabeliyindəki qurumların rəhbərliyi və əməkdaşları könüllü qaydada öz aylıq vəzifə maaşlarını ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir. Marqarita pizza

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!