Nəriman Həsənzadə əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Həsənzadə əməliyyat olundu

Sosial

15 Yanvar 2025 14:15 291


Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, BSM-dən verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.

Qeyd olunub ki, müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib". Marqarita pizza

Məlumata görə, hazırda N.Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq./Unikal


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!