Nərimanov rayonunda ƏMƏLİYYATLAR: Silahlı şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nərimanov rayonunda ƏMƏLİYYATLAR: Silahlı şəxslər saxlanıldı

Kriminal

18 Yanvar 2024 13:26 822


Nərimanov rayonunda son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib. 

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb. 

Həmçinin, ümumən 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. pizza sifarişi

Narkotiklərin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!