Nərimanovda 54 nəfər həbs olunub - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda 54 nəfər həbs olunub - Hesabat

Kriminal

12 May 2023 14:38 1036


Nərimanov rayonunda polisin son 2 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 54 nəfər saxlanılıb.

Yenisabaha.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyatlar zamanı ümumən 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə, əsasən İran İslam Respublikasında yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Pepperoni pizza

Aşkar edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının son dövrlərdə keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 17 kiloqram, cümlədən 9 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!