Nərimanovda bir dələduz və bir oğru saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda bir dələduz və bir oğru saxlanıldı

Kriminal

11 Dekabr 2023 12:03 1102


Bakı şəhərində taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Nərimanov rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər şikayət edib.

Onların avtomobillərinə müştəri kimi əyləşən şəxs üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını alıb. Qanunazidd əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Marqarita pizza

Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Bundan başqa, geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!