Nərimanovda tumba oğruları həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda tumba oğruları həbs edildi

Kriminal

08 May 2023 12:43 829


Nərimanov rayonunda avtomobillərin qanunsuz parklanmasına qarşı quraşdırılan 14 ədəd tumbanı oğurlayan şəxslər saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanlar əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənovdur.

Dəstə üzvləri həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal  qəbulu  məntəqələrinə pul müqabilində  satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Marqarita pizza

Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!