Nəsimidə polisin son əməliyyatı zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.
İlin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb. Dominos pizza
Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Telegram kanalımız