“Qəzzada atəşkəs olmayacaq”.
Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O bildirib: “Girovlarımızı azad etmədən Qəzzada atəşkəs olmayacaq. Qısa taktiki fasilələrə gəlincə, burada bir saat, orada bir saat, məncə, onlara humanitar yükləri və ya ayrı-ayrı girovları buraxmaq üçün əvvəllər imkanımız olub. Amma mən ümumi atəşkəsin olacağını düşünmürəm”. Sezar pizza
Netanyahunun sözlərinə görə, bu, İsrailin hərbi səylərinə mane olacaq.
Telegram kanalımız