Böyük Britaniyanın yeni hökuməti İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əvvəlki hökumətin verdiyi etirazı geri götürəcək.
Yenisabah.az NYT-yə istinadla xəbər verir ki, bu barədə hökumətin məsələ ilə bağlı müzakirələrindən xəbərdar adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbərlik etdiyi yeni hökumətin BCM prokurorunun Qəzzadakı müharibə ilə bağlı baş nazir Benyamin Netanyahuya qarşı həbs orderi tələbinə son hökumətin etirazlarından geri çəkiləcəyi gözlənilir. pizza
Yeni baş nazir Keir Starmerin qərarının bu həftənin sonuna qədər veriləcəyi gözlənilir.
Telegram kanalımız