Nəvənin öldürdüyü nənə Aşıqlar Birliyinin rəhbəri imiş

saytların hazırlanması

Evə çatdırılma

Nəvənin öldürdüyü nənə Aşıqlar Birliyinin rəhbəri imiş

Hadisə

26 İyun 2022 11:36 1488


Bu gün Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb.

Yenisabah.az qafqazinfo-ya istinadən xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q. Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş.

Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib. pizza sifarişi

Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.

Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!