Nicat Gözəlov Azərbaycandan qaçmaq istədi, sərhəddə tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nicat Gözəlov Azərbaycandan qaçmaq istədi, sərhəddə tutuldu - Fotolar

Kriminal

27 Fevral 2025 21:12 928


Fevralın 26-sı saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Belə ki, DSX və DGK əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb. Marqarita pizza

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!