Müğənni Nigar Camal Samirə Əfəndinin ötənilki “Sizcə, nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib Azərbaycanı dəstəkləyim?” sözlərinə münasibət bildirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Səhərin səsi” verilişində aparıcı Samir Bayramlının suallarını cavablandırarkən danışıb:
“Nəysə, şərh vermək istəmirəm. Əslində, Azərbaycanı dəstəkləməlidir. Mən İngiltərədə yaşayıramsa, oranı dəstəkləməliyəm? Yox, Samirə düz demir. Başqa heç nə deməyəcəyəm”. Dominos pizza
Qeyd edək ki, MTV-də yayımlanan “10-da görüşək” proqramında aparıcı Samir Bayramlı Nigar Camala “Samirənin mahnısı ilk beşlikdə yer alacaq”, - sualı ünvanlamışdı. Müğənni isə “Mata Hari” mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi. Bundan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı.
Telegram kanalımız