Nigar keçmiş ərindən danışdı: “Məndə elə sirlər var ki, açıqlasam...”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nigar keçmiş ərindən danışdı: “Məndə elə sirlər var ki, açıqlasam...” - Video

Şou

11 Oktyabr 2022 17:28 12752


Bir neçə gün əvvəl XTQ giziri, hərbçi Xəyyam Qaragözovdən boşandığını etiraf edən Əməkdar artist Nigar Şabanova bu haqda açıqlama verib.

Yenisabah.az xəbər verir ki, “Elgizlə izlə” proqramında qonaq olan xanəndə boşanması ilə bağlı verilən suallara ətraflı cavab verib.

O, bildirib ki, boşanmasına səbəb nə qısqanclıq, nə də xəyanət olub: pizza

“Rəsmən boşanmışam. Mən özəl həyat haqda danışmağı sevmirəm. Müəyyən səbəblər oldu, məndə qıcıq yaratdı və mən də öz fikirlərimi “İnstagram” vasitəsilə bildirdim. Xoş başladı, amma belə oldu. Hər kəs istəyər ki, xoşbəxt olsun, hamı ailə quranda üzü gülərək ailə qurur, heç ağlın belə almır ki, bir gün bu ailə dağıla bilər. Amma olmayınca da olmur, dağılır. Bir qadın ailədə tək başına ailənin dağımamağı üçün mübarizə aparırsa, qarşı tərəf üçünsə heç bir fərqi yoxdursa, ziyanın yarısından qayıtmaq da daha yaxşıdır”.

Sənətçi artıq 6 aydır ki, boşandığını deyib:

“Aylardır bu mövzunu qapalı saxlayıram, artıq 6-cı aydır qapalı saxlayırdım. Amma yayılır. Nə qısqanclıq, nə də xəyanət olub. Çox böyük səbəblər var idi. Mən ilk gündən demişəm ki, xəyanət üçün ailə dağılmaz, mən birmənalı olaraq bunu qəbul etmirəm. Çünki bəşər belə yaranıb, kişilər belədir. Özünə hörmət edən kişi ailədə qadınına hörmətsizlik etməz. Mən 2 ilə yaxın adıma görə çox mübarizə apardım. Bu gün nə qədər gülürəmsə, o qədər də içdən yoxam. Amma ayaqda durmağa çalışıram, çünki mən buna məcburam, bunu Allah yazıbsa, heç kim bundan boyun qaçıra bilməz. Mənə də çox suallar verilir, əzizlərim xəyanət və qısqanclıq deyildi. Mən o ağılda bir qadın deyiləm ki, ailəmdə qısqaclığa yol verim, mənim üçün ailə müqəddəsdir. Ağıllı qadın qısqaclığı yaratmamalıdır. 

Mən onun peşəsinə çox hörmət etdiyim üçün istəmərəm ki, işindən olsun. Çünki əlimdə elə səbəblərim var ki...

Heç bir qadına yaşadığım 2 ili arzu etmirəm. Mən onun peşəsinə, özünə, illərini verdiyi kariyerasına hörmət olaraq sadəcə susuram. Allah onu xoşbəxt eləsin, bundan sonrakı qurbanlarına səbr versin”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!