Nigar Kərbəlaya getdi: Düşünməyin ki, qatı şiəyəm -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nigar Kərbəlaya getdi: Düşünməyin ki, qatı şiəyəm - VİDEO

Şou

24 İyul 2026 10:38 3547


Aparıcı Nigar Mahmudova ziyarət paylaşımı edib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı hazırda İraqın Kərbəla şəhərindədir.

O, sosial şəbəkə hesabında səfərindən görüntülər paylaşaraq izləyicilərinin suallarını cavablandırıb. Pepperoni pizza

Nigar Mahmudova dini baxışları ilə bağlı ünvanlanan suallara da münasibət bildirib:

“Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədən yaşayıram. Bu dəfə Ümrə ziyarətimdən fərqli olaraq, çadradayam, əbayədə yox”.

Aparıcı Kərbəlaya səfər etməyi planlaşdıranlara da tövsiyə verib:

“Kərbəlaya gələndə çadra alın. Ziyarətgahlara çadra və corabsız buraxmırlar. Nəyisə bilmirəmsə, məsləhət kimi bildirin, irad kimi yox”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!