Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirildi

Siyasət

24 İyul 2026 19:37 195


Şamaxıda Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında iyulun 22-23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin üçüncü qeyri-rəsmi toplantısı keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. İştirakçı dövlətlər tədbirdə nazir, nazir müavini, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC-nin danışıqlar qrupları və tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunub. Pepperoni pizza

Şamaxı Toplantısının mövzusu da əvvəlki illərdə olduğu kimi, iqlim danışıqlarının gündəliyində duran əsas istiqamətlərə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazlarının azaldılması mövzularına, eləcə də COP31 Sədrliyinin fəaliyyət gündəliyinə, habelə COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən "Belem 1.5 Missiyası"na fokuslanıb.

Toplantıda UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında Bonn şəhərində keçirilmiş 64-cü sessiyasının nəticələri, həmin müzakirələr zamanı qarşıya çıxan əsas çətinliklərin aradan qaldırılması yolları, eləcə də bu məsələlərin Türkiyədə keçiriləcək COP31 çərçivəsində qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Toplantının açılış və bağlanış mərasimlərində Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank, eləcə də COP31 Prezidentinin danışıqlar üzrə müavini Salli Boks çıxış ediblər. Açılış mərasimində həmçinin Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Baş icraçı direktoru, Braziliyanın Ətraf mühit və İqlim dəyişikliyi Nazirliyinin milli katibi Ana Toninin video-müraciətləri nümayiş etdirilib.

Qeyd edək ki, COP prosesinin illik təqvimi çərçivəsində mühüm tədbirlərdən birinə çevrilən Şamaxı Toplantısının formatının unikallığı tədbirdə iştirak edən iqlim danışıqçılarının qeyri-rəsmi mühitdə açıq, şəffaf və nəticəyönümlü fikir mübadiləsi aparmasına şərait yaradılmasıdır. Bu vasitə ilə qarşıdan gələn COP-da qəbul edilməsi nəzərdə tutulan qərarların razılaşdırılmasında ortaya çıxan problemlərin daha çevik həllinə imkan yaranmış olur.

Tədbir iştirakçıları Şamaxı Toplantısının ənənəvi platformaya çevrilməsinə dəstək ifadə etmiş və 2027-ci ildə keçiriləcək COP32-nin ev sahibi qismində Efiopiya nümayəndə heyəti növbəti ilin iyulunda Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısının təşkilinə hazır olduqlarını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!