Bəhreyn və Küveyt İrana gizli zərbələr endiriblərmiş

saytların hazırlanması

Evə çatdırılma

Bəhreyn və Küveyt İrana gizli zərbələr endiriblərmiş

Dünya

24 İyul 2026 23:34 113


Bəhreyn və Küveyt iyulun əvvəlində İran ərazisində yerləşən hərbi obyektlərə gizli aviazərbələr endiriblər.

"Yeni Sabah" xəbər verir ki, "The Wall Street Journal" (WSJ) bu barədə məlumatlı mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, bu, hər iki ölkənin İrana qarşı həyata keçirdiyi ilk hərbi zərbələrdir. Mənbələrin bildirdiyinə əsasən, Bəhreyn və Küveyt Hərbi Hava Qüvvələri əsasən İranın pilotsuz uçuş aparatları (PUA) və raket anbarlarını hədəfə alıblar. pizza mizza

Məlumata görə, əməliyyat zamanı istifadə olunan kəşfiyyat məlumatları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təqdim edilib.

WSJ qeyd edir ki, müharibə başlayandan bəri İran ABŞ hərbi bazalarının yerləşdiyi Bəhreyn və Küveyt ərazisindəki obyektlərə dəfələrlə zərbələr endirib.

Nəşrin qiymətləndirməsinə görə, bu əməliyyat çərçivəsində Bəhreyn, Küveyt və BƏƏ arasında əməkdaşlıq edilməsi İrana qarşı ərəb ölkələri arasında formalaşmaqda olan yeni hərbi koordinasiyanın göstəricisidir. Qeyd olunur ki, BƏƏ daha əvvəl də İrana qarşı hərbi əməliyyatlarda iştirak edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!