Pakistanda hərbi nəzarət-buraxılış məntəqəsində baş verən partlayış nəticəsində 12-si hərbçi olmaqla azı 15 nəfər həlak olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Pakistan ordusunun yaydığı bəyanatda bildirilib.
İlkin məlumata görə, partlayış kamikadzenin idarə etdiyi avtomobilə yerləşdirilmiş partlayıcının işə salınması nəticəsində baş verib. Hücum Pakistanın şimal-qərbində, Əfqanıstanla həmsərhəd Xeybər-Paxtunxva əyalətində qeydə alınıb. Dördpendirli pizza
"Partlayış nəticəsində 12 hərbçi, iki polis əməkdaşı və bir dövlət qulluqçusu həlak olub", - deyə bəyanatda vurğulanıb./Oxu.az
Telegram kanalımız