Mərakeşli hərbçilər Qəzzaya daxil oldular

saytların hazırlanması

Evə çatdırılma

Mərakeşli hərbçilər Qəzzaya daxil oldular

Dünya

24 İyul 2026 20:11 226


Sülh Şurasının patronajlığı altında fəaliyyət göstərən Mərakeş Silahlı Qüvvələrinin (SQ) hərbi nümayəndə heyəti Fələstinin Qəzza zolağına ilk tanışlıq səfərini həyata keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Maghreb Times" portalı məlumat yayıb.

Tərkibinə 30-a yaxın zabitin daxil olduğu Mərakeş hərbçilərindən ibarət qrup Sülh Şurasının təşəbbüsü ilə yaradılan, Qəzzada vəziyyətin sabitləşdirilməsi üzrə beynəlxalq qüvvələrin Fələstin anklavında yerləşdirilməsinə hazırlıq mərhələsi çərçivəsində bölgəyə səfər edib. Marqarita pizza

Bildirilir ki, zabitlərin Qəzza zolağına səfərinin əsas məqsədi beynəlxalq sabitləşdirmə qüvvələrinin təlimlərinin keçiriləcəyi ehtimal olunan əraziləri müəyyənləşdirmək olub.

Qeyd edək ki, iyulun 15-də Mərakeş və Sülh Şurası krallığın müəyyən hərbi bölmələrinin Fələstin anklavında fəaliyyət göstərəcək beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində iştirakına dair rəsmi saziş imzalayıblar.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Sülh Şurasının Nizamnaməsini imzalayıb. Sülh Şurası Qəzzanın idarə olunması ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə edilmiş razılaşma əsasında yaradılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!