Bu universitet bağlanır? - BQU məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Bu universitet bağlanır? - BQU məlumat yaydı

Sosial

24 İyul 2026 11:23 2072


Bakı Qızlar Universiteti (BQU) yayılan iddialarla bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, universitet son günlər sosial şəbəkələrdə yazılanlara münasibətində yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb:

“Rəsmi xarakter daşıyan hər hansı məlumat yalnız aidiyyəti dövlət qurumları və universitetin rəsmi informasiya resursları vasitəsilə ictimaiyyətə təqdim ediləcəkdir”. pizza hut

Xatırladaq ki, Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.

Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Sosial mediada universitetin bağlanacağı haqqında iddialar yayılıb.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!