Bir dəfə enerji yığ, 19 gün istifadə et – Yeni telefon modeli gəlir   + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bir dəfə enerji yığ, 19 gün istifadə et – Yeni telefon modeli gəlir + FOTOLAR

Rəqəmsal

24 İyul 2026 18:54 249


Bir dəfə enerji yığdıqdan sonra həftələrlə işləyən telefon axtaranlar üçün yeni model təqdim olunub. Yeni düyməli telefon uzun batareya ömrü və möhkəm korpusu ilə diqqət çəkir.

"Yeni Sabah" xəbər verir ki, HMD şirkəti çətin şəraitdə istifadə üçün nəzərdə tutulmuş yeni büdcə telefonu "Nokia 123 Shield" modelini təqdim edib. Telefon suya və toza qarşı qorunan korpusa malikdir. Bu xüsusiyyət onu ehtiyat telefon axtaranlar və ya açıq havada çalışan şəxslər üçün əlverişli edir.

Cihazın alt hissəsində yerləşən girişlər su, qum və tozun daxil olmasının qarşısını alan xüsusi rezin qapaqla qorunur. Qapağın altında 3,5 millimetrlik qulaqlıq girişi və USB-C (telefonun enerji yığılması və məlumat ötürülməsi üçün istifadə olunan müasir giriş) yerləşir. pizza hut

Telefon çıxarıla bilən 1750 mAh batareya ilə təchiz olunub. Şirkətin məlumatına görə, cihaz bir enerji yığımı ilə 27,9 saata qədər danışıq, 19 günə qədər isə gözləmə rejimində işləyə bilir. "Nokia 123 Shield" modelində Unisoc SC6531E prosessoru, 4 MB RAM  və 32 GB-a qədər yaddaş kartını dəstəkləyən MicroSD  yuvası var.

Telefonda daxili FM radio, fənər və 2,4 düymlük QVGA ekran (240x320 piksel təsvir ölçüsünə malik sadə ekran) mövcuddur. Cihaz yalnız 2G şəbəkəsini (zəng və SMS üçün nəzərdə tutulan köhnə mobil rabitə texnologiyası) dəstəkləyir və yüksək sürətli mobil internetdən istifadə imkanı təqdim etmir.

Yaşıl və bənövşəyi rənglərdə satışa çıxarılacaq modelin Avropada qiymətinin 35-40 avro, təxminən 69-80 manat arasında olacağı bildirilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!