Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.
"Yeni Sabah" xəbər verir ki, hücumdan sonra zavodda yanğın baş verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb. pizza mizza
Bildirilir ki, zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.
Məlumata görə, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
Telegram kanalımız