Dövlət İmtahan Mərkəzi iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
"Yeni Sabah" xəbər verir ki, iyunun 17-19-da namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
İmtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib. Sezar pizza
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Telegram kanalımız