Türkiyədə dəhşətli istilər başladı: İnsanlar görün nə etdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dəhşətli istilər başladı: İnsanlar görün nə etdi - FOTOLAR

Maraqlı

24 İyul 2026 19:25 735


Türkiyənin Antalya şəhərində qızmar istilər insanları fərqli sərinlənmə üsulları axtarmağa vadar edib.

"Yeni Sabah" xəbər verir ki, şəhərdə hiss olunan hava temperaturu 44 dərəcəyə çatıb. İstidən qorunmaq istəyən yerli və xarici turistlər isə mənfi 2 dərəcəyədək soyudulan "qar otağı"na üz tutublar.

Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, Antalya şəhərində hava temperaturu və rütubət mövsüm normalarını üstələyib. Dəniz suyunun temperaturu 30 dərəcə, rütubət isə bəzi saatlarda 40 faizə qədər yüksəlib. Marqarita pizza

Qızmar hava şəraitində fəaliyyət göstərən süni "qar otağı"nda ziyarətçilər üçün qış atmosferi yaradılıb. Daxili temperaturun mənfi 2 dərəcə olduğu məkanda süni qar istifadə olunub. Beləliklə, çöldəki hava ilə otaq arasında təxminən 46 dərəcə temperatur fərqi yaranıb.

Bu qeyri-adi məkan xüsusilə uşaqlı ailələrin böyük marağına səbəb olub. Yayın ortasında qısa müddətlik də olsa sərinlənmək istəyənlər burada qış ab-havasını yaşamaq imkanı əldə ediblər.

Ailəsi ilə birlikdə tətil üçün Afyonkarahisardan Antalyaya gələn 7 yaşlı Muhammet Kerem Şəngül isə təəssüratlarını belə bölüşüb:

"Bura çox gözəl və soyuqdur. Çöldə isə hava çox istidir. Dondurma yeyərək və ya soyuq su içərək də sərinlənmək olar, amma məncə ən yaxşısı bura gəlməkdir."


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!