Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb - FOTO

Sosial

25 İyul 2026 00:08 82


Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunan ərazi nəzarətə götürülüb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, ərazi hasarlanıb və kamera quraşdırılıb.

Xatırladaq ki, əşyalar bir müddət öncə rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkarlanıb. Sezar pizza

Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!