Əməkdar artist Nigar Şabanova yas mərasiminə makiyajla gedən qadınları tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu haqda yazaraq hiddətlənib:
"Çox maraqlıdır, yas mərasiminə gələn qadınlar, qızlar niyə “ful” makiyaj edirlər? Ölüyəmi sevinirlər, yasın keçirilməyinəmi... Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin". Pepperoni pizza
Qeyd edək ki, bir neçə gün öncə xanəndə yaxınını itirib. Onun xalası adlandırdığı ailə yaxını Zema 58 yaşında dünyasını dəyişib.
Telegram kanalımız