Nigeriyalı sərhədi keçmək istərkən yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyalı sərhədi keçmək istərkən yaxalandı

Hadisə

03 Yanvar 2023 22:26 722


Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb.

Yenisabah.az Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, hadisə yanvarın 2-si Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Toyuqlu pizza

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!