Niyam qırmızı geyinib qəbiristanlığa getdi   - Tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

Niyam qırmızı geyinib qəbiristanlığa getdi - Tənqid olundu

Şou

07 Noyabr 2022 19:12 1635


Tanınmış müğənni Niyam Salami mərhum müğənni dostu Rəhim Rəhimlinin məzarını ziyarət edib.

Yenisabah.az xəbər verir ki, sənətçi həmkarının məzarı üstə xoş sözlər deyib.

Sosial şəbəkə hesabında həmin anları paylaşan Salami qırmızı palto geyindiyinə görə, onu qınayanlara da cavab verib. pizza mizza

O, qırmızı paltosunu soyuğa görə geyindiyini qeyd edib:

"Məni qınayanlara demək istəyirəm ki, qırmızı paltonu soyuğa görə geyinmişəm. Qızılgüllər də qırmızıdır".

Həmkarı haqda danışan Niyam gözyaşlarına hakim ola bilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!