Niyaməddin Həsənov saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Niyaməddin Həsənov saxlanıldı - Foto

Kriminal

25 Mart 2023 10:54 1141


Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Niyaməddin Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Toyuqlu pizza

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşdığı da məlum olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!