Nobel Sülh Mükafatı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğana verilsin - Deputatdan   TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Nobel Sülh Mükafatı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğana verilsin - Deputatdan TƏKLİF

Siyasət

10 Yanvar 2021 18:50 996


2021-ci ilin Nobel Sülh Mükafatı Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilə bilər.

Yenisabah.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib.

"Nobel Sülh mükafatı 1901-ci ildən Dünyada sülhün Möhkəmlənməsində və Silahlı qüvvələr arasında gərginliyin aradan qaldırılması və ya səngiməsinə töhfələr verən şəxslərə verilir.Bir sıra paradokslar mükafatın nüfuzuna təsirsiz ötüşməyib. Məsələn, Qorbaçov 1990-cı ildə Bakıda törədilən qırğına əmr verdiyi ildə mükafata layiq görüldü. Qarabağ münaqişəsini yaratdı. Bölgəni 30 ildən çox gərginlikdə yaşatdı. Nəticədə 20 faiz torpağımız işğal olundu. 2001-ci ildə Sülh üzrə Nobel mükafatı Kofi Annana “bütün dünyada sülhün möhkəmlənməsindəki fəaliyyətinə görə” verildi. Bütün dünya dedikdə Annanın fəaliyyət dairəsinə Qarabağ münaqişəsi daxil olmadı. Daxil olsaydı, nəticə olardı. Ermənistan Annanın rəhbərlik etdiyi təşkilatın 4 qətnaməsinə əməl etmədi. O isə, bir dəfə də olsun, bunu dilinə gətirmədi. Prezident İlham Əliyevlə Prezident Rəcab Tayyib Ərdoğan birgə fəlaiyyətləri nəticəsində Bölgədə Qorbaçovun yaratdığı problemi həll etdilər, bölgəyə fəlakətlər gətirən erməni faşizminin kökünü kəsdilər və BMT-nin Qətnamələrinin icrasına nail oldular. İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana Nobel Sülh mükafatının verilməsi Nobel Sülh Komitəsinin nüfuzunu da yüksəldə bilər" - E.Əliyev qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!