Norveç hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu qərar kralın razılığını tələb edir.
Mayın 24-də kral fərmanının imzalanmasından sonra Fələstinin Oslodan rəsmi bildiriş alacağı və qərarın mayın 28-də rəsmi olaraq qüvvəyə minməsi gözlənilir. Toyuqlu pizza
İspaniya və İrlandiyanın da mayın 22-də Fələstin dövlətini tanıdığını elan edəcəyi gözlənilir.
Fələstin dövləti 140 ölkə tərəfindən tanınır, lakin vəziyyət bu saya BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - ABŞ, Böyük Britaniya və Fransanın daxil olmaması ilə çətinləşir.
Telegram kanalımız