Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib

saytların hazırlanması

Evə çatdırılma

Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib

Sosial

15 Noyabr 2024 09:34 410


Norveçin "Norse Atlantic Airways" aviaşirkətinin Brno-Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Yenisabah.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

"Boeing 787" təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib. Pepperoni pizza

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!