Nuland: “İsveç və Finlandiyanı NATO-da görmək istərdik“

saytların hazırlanması

Evə çatdırılma

Nuland: “İsveç və Finlandiyanı NATO-da görmək istərdik“

Dünya

12 Yanvar 2022 14:01 539


"Birləşmiş Ştatlar həmişə Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciətlərini nəzərdən keçirməkdən məmnun olacaqlarını bildirib".

Yenisabah.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland deyib.

"Mən Amerikanın beş administrasiyasında işləmişəm. Biz həmişə demişik ki, əgər Finlandiya və İsveç onların NATO-ya daxil olma imkanları haqqında danışmaq istəsələr, o zaman biz bunu etməyə həmişə hazırıq", - deyə o, Dövlət Departamentində keçirdiyi brifinqdə bildirib. Dördpendirli pizza

Bu iki ölkənin NATO-ya daxil olma ehtimalı ilə bağlı danışıqlar son həftələrdə Rusiya ilə Qərb arasında Rusiya qüvvələrinin Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşməsi ilə bağlı mübahisələr fonunda intensivləşib.

Eyni zamanda, Nuland Rusiya Federasiyasının Ukrayna yaxınlığında böyük bir qüvvələr qrupunu nə qədər saxlaya biləcəyi ilə bağlı fərziyyələr irəli sürməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!