“Show TV-də “Vazgeçme” proqramına 3 gün baxdıqdan sonra seriallar haqqında dediklərimə peşman oldum. Seriallardakı hadisələr daha normal imiş. Türkiyədə qız uşaqlarını pul qarşılığı ərə verirlər, ya satırlar”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O, şoka düşdüyünü bildirib: Toyuqlu pizza
"Şəkildəki uşağı ərə veriblər, sonra da ərə verildiyi yerdə öldürüblər. 15 yaşlı qız itib, polis axtarmayıb. Qohumu gənc qız efirə çıxıb narkotik alveri ilə məşğul olan insanlar tərəfindən oğurlandığını deyir, polisə məlumat verdiklərini və sonra qızın tamamən yerli-dibli itdiyini iddia edir. Ya polis əlbirdir, ya da veclərinə deyil.
Mən hələ çox qısa və qəbul olunan formada yazmışam. Baxsanız, dəhşətə gələrsiniz. 2 gün xəbərlərə baxdım, beynim “error” verdi. Küçədə alovlu silahdan atəş açıb qonşusunu öldürən, küçənin ortasında arvadını döyüb öldürən, qadın paltarı geyinib başları bağlı kişilərin parkdan uşaq qaçırmaq istəyən, bildiyiniz qorxulu filmlərdən betər hadisələr...
Bizə min şükür. Bizdəki hadisələri həzm edə bilməyən mən 3 gündür şok yaşayıram. Yaxşı ki, indiyə kimi baxmamışam proqramlara, xəbərlərə ürəyim partlayardı. Bu nə dünyadır biz yaşayırıq".
Telegram kanalımız