“O gün mütləq gələcək!”

saytların hazırlanması

Evə çatdırılma

“O gün mütləq gələcək!”

Siyasət

25 Fevral 2021 16:40 908


“XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir”.

Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. O qeyd edib ki, bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə qətlə yetirilməsi, 1257 nəfər Xocalı sakininin ermənilər tərəfindən əsir alınmasına, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz: 

“Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər.  pizza hut

Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. 

Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır.”

V.Rəhimzadə qeyd edib ki, hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!