“O, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq”

saytların hazırlanması

Evə çatdırılma

“O, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq”

Dünya

25 İyul 2024 19:45 3038


Gürcüstanın ədliyyə naziri Rati Breqadze milyarder və “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizəd ola biləcəyini istisna etməyib.

Yenisabah.az “NewsGeorgia”ya istinadla xəbər verir ki, Breqadze jurnalistlərə bildirib:

“Cənab İvanişvili, əgər o, prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, o, Gürcüstan tarixinin ən yaxşı prezidenti olacaq”. Dördpendirli pizza

Hakim partiyanın nümayəndələri ilk dəfədir ki, İvanişviliyə mümkün yeni rol təklif edirlər. Hələ ki, rəsmi olaraq heç nə tərəfindən dəstəklənməyib.

Gürcüstanda artıq birbaşa prezident seçkiləri yoxdur. Oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni prezident 300 nəfərdən ibarət seçicilər - parlament üzvləri və regionların təmsilçiləri tərəfindən seçiləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!