“Oddan təhlükəlidir” maşınları: “Gülməli və məntiqsiz səslənir!”

saytların hazırlanması

Evə çatdırılma

“Oddan təhlükəlidir” maşınları: “Gülməli və məntiqsiz səslənir!”

Sosial

12 May 2026 14:02 252


Bəzi nəqliyyat vasitələrinin üzərindəki “Oddan təhlükəlidir” ifadəsinin işlədilməsinin dilçilik baxımından doğru olmadığına dair rəylər var. Həmin rəylərə görə, bu ifadə rus dilindən (“Огнеопасно”) kobud, hərfi tərcümədir.

AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli sosial mediadakı müzakirədə səslənən fikirlə tam razıdır.

O, “Yeni Sabah”a bildirib ki, bu ifadə məntiqi baxımdan düzgün hesab olunmur. Pepperoni pizza

Onun sözlərinə görə, odun özü ən təhlükəli anlayışlardan biri olduğu üçün “oddan təhlükəlidir” ifadəsi gülməli və məntiqsiz səslənir.

Professor qeyd edib ki, daha düzgün variant kimi sadəcə “təhlükəlidir” sözünün işlədilməsi kifayət edir.

DYP-dən “Yeni Sabah”a verilən arayışa görə, bu cür yükləri daşıyan nəqliyyat vasitələrini xüsusi nişanlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Baş nazir Artur Rasi-zadə 27 yanvar 2000-ci ildə “Təhlükəli yüklərin daşınma marşrutlarının müəyyən edilməsi və razılaşdırılması Qaydaları”nı təsdiqlənib.

Həmin Qaydalara əsasən, təhlükəli yüklərin daşınma marşrutunun müəyyən edilməsi FHN və DYP ilə razılaşdırılmalıdır.

Daşınma marşrutunun mümkün qədər yaşayış məntəqələrindən, eləcə də sənaye obyektlərinin, istirahət zonalarının, təbii qoruqların və memarlıq abidələrinin və s. yaxınlığından keçməməsilidir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!