Odessa raket hücumuna məruz qaldı - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Odessa raket hücumuna məruz qaldı - Ölənlər var

Dünya

01 İyul 2022 09:10 683


İyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayəti raket atəşinə tutulub.

Yenisabah.az xəbər verir ki, Rusiya qoşunlarının endirdiyi raket zərbələri nəticəsində 10-dan çox sakin həlak olub.

Məlumata görə, raketlərdən biri yaşayış binasına düşüb. Həmin binada yaşayan 14 nəfərin öldüyü deyilir. pizza sifarişi

Odessa Hərbi Administrasiyasının rəsmisi Sergey Bratçuk bildirib ki, raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, digəri Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir bloku tamamilə dağılıb.

İlkin məlumata əsasən, xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya tibbi yardım göstərilib.

Hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir. Ölü sayının artacağı istisna edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!