Oğlu İsmayıl Haniyənin ölümü ilə bağlı sirləri açdı

saytların hazırlanması

Evə çatdırılma

Oğlu İsmayıl Haniyənin ölümü ilə bağlı sirləri açdı

Dünya

17 Avqust 2024 09:16 842


HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Həniyə atasının necə öldürülməsindən danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o,  “əl-Ərəbiyyə” nəşrinə müsahibə verib. 

O, atasının öldürülməsində istifadə edilən idarə olunan raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib.  Sezar pizza

Haniyə atasının ölümünə hər hansı bomba qurğusunun səbəb olduğunu düşünmədiyini vurğulayıb. 

“Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular. Ona görə də bir partlayış olarsa, bütün binanın partlayacağı aydın idi. Məncə, otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır”, - o qeyd edib. 

Haniyə deyib ki, idarə olunan raket hadisədən bir gün əvvəl atasının otağında və başının yanında tapılan mobil telefonunu izləməklə idarə olunub: 

"Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb deyildi”. 

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!