Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2 500 manat pul və məişət əşyaları oğurlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 000 manat, 300 dollar pul vəsaiti, 4 500 manat dəyərində qızıl-zinət əşyaları, notbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib. Sezar pizza
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız